Bütün xəbərlər
3 qurum birgə ağacəkmə aksiyası keçirib - 613 ağac əkilib
Tarix: 26-02-2022 22:12 | Bölmə: Sosial

3 qurum birgə ağacəkmə aksiyası keçirib - 613 ağac əkilib


Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Milli Məclisin Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsinin üzvüləri və digər millət vəkilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Heydər Əliyev Fondunun nümayəndələri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacları əkildi.







#JusticeforKhojaly #KhojalyGenocide #khojaly30 #khojaly613 #HocalıKatliamı
#JusticeforKhojaly
#KhojalyGenocide
#Khojaly30 #Xocalı #XocalıyaƏdalət
#XocalıSoyqırımı
#Xocalı30
#Xocalı30il


Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər