12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Azərbaycan İlahiyyat İnstitutu Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirir
Tarix: 24-02-2022 20:46 | Bölmə: Sosial

Türkiyənin İstanbul şəhərində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirilir.
Mehmet Akif Ersoy Sanat Mərkəzində Azərbaycan İlahiyyat İnstitutu, Türk Ocaqları İstanbul Şöbəsi, Türk Ocaqları Derneği Pendik Şöbəsi və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti anım tədbiri baş tutub.
Anım mərasimində ali təhsil müəssisəsinin nəşr etdirdiyi “Geriyə baxma” kitabının təqdimat mərasimi təşkil olunub.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib, Daha sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Türk Ocaqları Derneği Pendik Şöbəsinin müdiri Ahmet Kara Xocalı soyqırımının Türkiyədə böyük kədər, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu dərd bundan sonra da unudulmayacaq, insanlarımızın qəlbində yaşayacaq.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov Xocalıda baş vermiş soyqırımı faktlarını diqqətə çatdırıb. İnsanların xüsusi amansızlıqlarla – qadın, qoca, uşaq demədən – qətlə yetirildiklərini bildirib. Vurğulayıb ki, tarixboyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən münasibətində olub. Xocalıda baş vermiş qətliamın təsadüf olmadığını vurğulayan prorektor bildirib ki, beynəlxalq səviyyədə qəbul edilmiş normativlər deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

Sabaha-inamla.az











Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu