Bütün xəbərlər
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Maysonu qəbul etmişdir
Tarix: 23-02-2022 23:06 | Bölmə: Sosial


Fevralın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Maysonu qəbul etmişdir. Görüşdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanından irəli gələrək ölkədə media sahəsində həyata keçirilən islahatlar və “Media haqqında” qanun barədə fikir mübadiləsi aparılmış, həmçinin peşəkarlığın artırılması istiqamətində təşkil olunan layihələrə xarici ekspertlərin cəlb olunması imkanları müzakirə olunmuşdur.
#MEDİA #MEDİAAGENTLİYİ #Digitalmedia #DanMason #journalist
Sabaha-inamla.az


Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər