Bütün xəbərlər
DİNİB yeni layihənin icarsına başlayır
Tarix: 18-02-2022 22:47 | Bölmə: Sosial




Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) Bakı şəhəri, Pirallahı rayonunda yaşayan sakinlər, yeniyetmə və gənclər arasında ekoloji maarifləndirilmə işinə öz töhfəsini verməkdir.
Üç ay davam edəcək layihədə DİNİB üzvləri tərəfindən yerli sakinlər arasında maarifləndirici materialların paylanılması və vətəndaşların da iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda təşkilatın məqsədi layihə çərçivəsində qlobal problemlərdən olan ətraf mühitin çirklənməsinin qarşısının alınması və əhalinin sağlamlığının təmin edilməsi ilə bağlı ictimaiyyət arasında ekoloji bilgilərin, davranışların vəmədəniyyətin formalaşmasına nail olmaqdır.
 



Baxış sayı: 294


Bölməyə aid digər xəbərlər