12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İlahiyyat İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümü anılıb
Tarix: 17-02-2022 20:40 | Bölmə: Sosial

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub.
Tədbirdə Aİİ-nin nəşr etdirdiyi “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərovanın “Geriyə baxma” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.
Ali təhsil müəssisəsinin rektoru Aqil Şirinov çıxış edərək, Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsini yad edib.
Daha sonra A.Şirinov fevralın 25-dən 26-na keçən gecə baş vermiş qətliamın dünyada görünməyən ən dəhşətli soyqırımlarından biri olduğunu, bu günlərdə Xocalı sakinlərinin xüsusi amansızlıqla öldürüldüklərini qeyd edib. Bildirib ki, Xocalı soyqırımına dünya səviyyəsində hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Aİİ rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncamına diqqət çəkərək qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu da faciənin tanıdılması məqsədilə silsilə tədbirlər həyata keçirəcək.
A.Şirinov daha sonra bildirib ki, xalqımız 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarını azad edərək, erməni faşistlərinə layiqli cavabını verib.
Vətən müharibəsinin davam etdiyi günlərdən bəhs edən A.Şirinov ermənilərin məkrli siyasətindən də danışıb. Rektor günahsız, dinc əhaliyə qarşı Bərdədə, Gəncədə törədilən terror aktlarına diqqət çəkib.
Daha sonra “Geriyə baxma” kitabının müəllifi Səriyyə Cəfərova çıxış edib. Kitab haqqında geniş məlumat verən S.Cəfərova bildirib ki, əsər 1992-ci il fevralın 25-dən
26-na keçən gecə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 nəfər şəhid olmuşdur – onlardan 70 nəfəri ahıldır. Müəllif vurğulayıb ki, bu insanların faciəli həyatı kitabda öz əksini tapıb.
Tədbirdə Xankəndi Məcburi Köçkünlərə Sosial Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva çıxış edərək, xatirələrini bölüşüb.
Sonda Xətai rayonu şəhid Asəf Ağayev adına 25 saylı orta məktəbin şagirdləri çıxış edərək, Xocalıya aid şeirlər səsləndiriblər.

Sabaha-inamla.az






















Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu