12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Vətənpərvərlik mövzusunda layihənin icrasına başlayır
Tarix: 02-02-2022 14:04 | Bölmə: Sosial




“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Jest dilində Vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili layihəsnin icrasına başlayır.
Bu barədə Sosialmedia.az-a Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, “Jest dilində Vətən və vətənpərvərlik” vətən müharibəsi iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsi istiqamətində olan layihə, müxtəlif tədbirlər təşkil etməklə gənc nəsildə vətənpərvərliyin aşılanması ilə yanaşı, eşitmə məhdudiyyətli gənclərin də cəmiyyətdə bərabər hüquqlu, vətənə yararlı olmalarını hiss etdirmək, “Səngərdə olmadım, vətənə xidmətim olmadı” demək deyil hissini aşmaqla onların vətənpərvərlik ruhunda tərbiyələnməsinə dəstək verəcək. Layihə çərçivəsində təşkil olunan ziyarətlər, gənclərin yaddaşına erməni vandalizminin izinin gələcək nəsillərə çatdırılmasına təkan verəcək.
Qeyd edək ki, layihə 4 ay müddətində davam edəcək.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu