12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Sumqayıtda “Erkən nigaha son” mövzusunda görüş keçirildi
Tarix: 16-02-2022 22:37 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Təhsil şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə 16 fevral 2022-ci il tarixində mövcud pandemiya qaydalarına uyğun olaraq 5 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nigaha son” adlı maarifləndirici görüş keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması, bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına gətirib çıxaran halların qarşısının alınmasıdır.
Tədbirdə ilk olaraq erkən nigahın ortaya çıxardığı problemlərin əks olunduğu videoçarx nümayiş etdirildi. Daha sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, Təhsil şöbəsinin metodisti, Məktəbin Təşkilati işlər üzrə direktor müavini və psixoloqları çıxış edərək erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi fəsadlardan danışmış, bu halların əsasən körpə və ana ölümü sayının çoxalmasına, qızların təhsil imkanlarının azalmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki zorakılığa məruz qalmasına səbəb olduğunu gənclərin diqqətinə çatdırmış və qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişlər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılmış, görüşdə fəallıq göstərən gənclərə Baş İdarənin fəxri-fərmanları təqdim edilmişdir.

Sabaha-inamla.az










Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu