12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Apteklərdə keçirilmiş yoxlamaların nəticəsi açıqlandı
Tarix: 16-02-2022 13:49 | Bölmə: Sosial

                   Apteklərdə keçirilmiş yoxlamaların nəticəsi açıqlandı



Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu il yanvarın 1-14 aralığında aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri üzrə 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
Müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib.



Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu