22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə olunan kitabların təqdimatı keçirilib
Tarix: 16-02-2022 12:28 | Bölmə: Sosial

Görkəmli şair, ədəbiyyatşünas, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, ictimai xadim Xanəli Kərimlinin AMEA-nın Naxçıvan Bölməsinə hədiyyə etdiyi kitabların təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri açan Bölmənin sədri, akademik İsmayıl Hacıyev X.Kərimlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun şair, tədqiqatçı və müəllim kimi fəaliyyətini xarakterizə edib. Sahib olduğu yüksək natiqlik bacarığı və bir sıra mühüm mənəvi keyfiyyətlərindən söz açıb.
Alim Xanəli Kərimli poeziyasının aparıcı mövzular, yüksək təsvir xüsusiyyətləri, şeirlərinin tərbiyəvi əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Onun əsərlərində aforizmlərin mühüm yer tutduğunu, şeirlərinin daim oxucunu düşündürdüyünü dilə gətirib. X.Kərimlinin qələmə aldığı “İnam”, “Təbil”, “Ağrı”, “Bütövlük”, “Bayrağını uca qaldır, ana vətən” və “Ata” poemalarından bəhs edərək hər biri ilə bağlı fikirlərini bölüşüb, təhlillər aparıb. “Ata” xatirə-poemasının ərsəyə gəlmə tarixçəsini, əsərdə əksini tapmış fikir və düşüncələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Vurğulanıb ki, X.Kərimli şəxsiyyəti və yaratdığı poeziya nümunələri bir-birini, sözün əsl mənasında tamamlayır. Onun yaradıcılığında səmimiyyətdən doğan təbiilik oxucunun ruhunu oxşayır, qəlbini riqqətə gətirir.
Akademik AMEA-nın Naxçıvan Bölməsinə təqdim olunan kitablardan söz açaraq bildirib ki, hədiyyə olunan kitablar şairin öz əsərləri ilə yanaşı (“Payız duyğuları”, “Tanrı müjdəsi”, “Мир в моих ладонях”), alim və tədqiqatçıların onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları əsərlər (“Xanəli Kərimli: Bir ömrün nağılı”), 55, 60, 65, 70 illik yubileyləri münasibətilə nəşr olunmuş toplulardan (“Xanəli Kərimli: Şairin könül dünyası”, “Xanəli Kərimli: Bir ömrün işığı”, “Xanəli Kərimli: Şairə məktub”, “Xanəli Kərimli: Sözün Əlincə qalası”) ibarətdir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tədbirdə “Xanəli Kərimlinin həyatı və yaradıcılıq yolu” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, Naxçıvan ədəbi mühitinin istedadlı yetirməsi Xanəli Kərimli 1951-ci il noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olmuş, iki il sonra yerdəyişmə ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirmişdir. Ali təhsili başa vurduqdan sonra o, bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlmişdir.
X.Kərimli elmi fəaliyyətini davam etdirərək “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Şair 1991-ci ildən Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlamış, 1991-1996-cı illərdə universitetin ilk mətbu orqanı olan “Fikir” qəzetinin ilk redaktoru, 1996-1998-ci illərdə universitet Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi, 1998-2014-cü illərdə Əcnəbi Tələbələrlə İş üzrə fakültənin dekanı vəzifələrində çalışmış, hal-hazırda NDU-da müəllim kimi fəaliyyətini davam etdirir. Xanəli Kərimli həmçinin ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Pedaqoji sahədəki səmərəli fəaliyyəti görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş alim yüzdən çox elmi, publisist və metodiki məqalələr müəllifidir. Onun şeirləri bir sıra xarici dillərə, o cümlədən rus, türk, fransız, ingilis, fars dillərinə tərcümə edilmişdir.
Ramiz Qasımov məruzəsində X.Kərimlinin yaradıcılığının başlıca istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, yaradıcılığa “Toğluqayanın Məmməd Araza məktubu” şeiri ilə başlayan şair ilk əsəri ilə həm öz yaradıcılıq kredosunu ifadə etmiş, həm də Məmməd Araz
məktəbinə bağlılığını bəyan etmişdir. Haqlı olaraq Xanəli Kərimli yaradıcılığı vətəndaşlıq lirikasının ən gözəl örnəkləri olaraq səciyyələndirilir. Yaradıcılığında yer alan yeni mövzular da, başlıca mövzu olan Vətən ideyası ilə birləşərək onun sənət konsepsiyasını tamamlayır. “Vətəndaşlıq ideyası ehtiva edən lirikası müasir Azərbaycan şeirinin ən gözəl örnəklərini təşkil edir”,- söyləyən Ramiz Qasımov X.Kərimlinin lirikasını üç əsas istiqamət üzrə təhlil edib.
Qeyd olunub ki, Naxçıvan ədəbi mühitində öz dəsti-xətti, əsərlərinin ideya-məzmun xüsusiyyətləri ilə fərqlənən Xanəli Kərimlinin poemaları da geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Onun bir neçə yüksək ideyalılıq kəsb edən poeması ümumən bu janrın inkişafı və zənginləşməsinə əhəmiyyətli təkan verib.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Xanəli Kərimli yaradıcılığına ədəbi-tənqidi baxış” mövzusundakı çıxışında vətənpərvər şairin yaradıcılığı haqqında “Şairə məktub”, “Xanəli Kərimli: sözün Əlincə qalası”, “Xanəli Kərimli: bir ömrün işığı”, “Şairin könül dünyası” adlı məqalələr topluları əsasında Azərbaycan ədəbi-tənqidinin aparıcı nümayəndələrinin qələmə aldıqları məqalələrdən bəhs edib. Bu imzalardan akademik İsa Həbibbəyli, professorlar Vaqif Yusifli, Maarifə Hacıyeva, Yavuz Axundlu, tənqidçi, publisist Azər Turan, dosentlər Ə. Əzimli, Ramiz Qasımov və Elxan Məmmədovun tənqidi məqalələri, tədqiqatçıların gəldikləri qənaətlər diqqətə çatdırılıb. Vurğulanıb ki, şairin çoxşaxəli yaradıcılığı onun haqqında əhatəli, dərin elmi təhlillər, ümumiləşdirmələr aparmağa tam təminat verdiyindən, şübhəsiz, gələcəkdə bu istiqamətdə çoxlu sayda irihəcmli elmi tədqiqatlar aparılacaqdır.
Tədbirdə məruzə edən AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Xanəli Kərimli yaradıcılığında Cənub mövzusu”nu əhatəli təhlil edib.
Məruzəçi söyləyib ki, həyat və yaradıcılığının bütün dövrlərində Azərbaycanın bütövlüyünə, böyük Azərbaycan idealına sədaqətlə xidmət edən X.Kərimlinin istər bədii, istərsə də elmi yaradıcılığında Cənubi Azərbaycan məsələsi yüksək həssaslıqla təqdim olunmuş, əsərlərinin əsas mövzusuna çevrilmişdir. Tədqiqatçının müdafiə etdiyi “Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941-1970)” adlı namizədlik dissertasiyası cənubdakı soydaşlarımızın nəsr yaradıcılığına həsr olunmuş birinci elmi-tədqiqat işi olmaqla yanaşı, həm də Cənubi Azərbaycan demokratik ədəbiyyatının otuz illik bir dövrünü elmi, ədəbi aspektdən araşdıran çox dəyərli elmi-tədqiqat əsəridir. Onun bütöv Azərbaycan idealı Cənubi Azərbaycan məsələsinə həssas münasibəti və bu istiqamətdəki fəaliyyəti X.Kərimliyə cənubşünas alim adını qazandırmışdır.
Sonda Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış edərək mütaliənin əhəmiyyətindən, kitab bağışlamağın mühüm önəmindən söz açıb. Hədiyyə olunan kitabların gələcək nəsillər tərəfindən də oxunacağına əminliyin bəxş etdiyi sevinci tədbir iştirakçıları ilə bölüşüb.
Sabaha-inamla.az

Baxış sayı: 453
Bölməyə aid digər xəbərlər

Dünən, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər