12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
SOCAR-ın birinci vitse-prezidentlərinin sayı ikiyə çatdırıldı
Tarix: 10-02-2022 21:14 | Bölmə: Sosial

                   SOCAR-ın birinci vitse-prezidentlərinin sayı ikiyə çatdırıldı



Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il tarixli Fərmanında dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın Nizamnaməsinin 5.19-cu bəndinə dəyişikliklər olunub.
Belə ki, şirkətin İdarə Heyətinin sayı 14-dən 15-ə qaldırılıb. Eyni zamanda şirkətdə birinci vitse-prezident vəzifəsini icra edən şəxslərin sayı artırılaraq, 1-dən 2-yə çatdırılıb.
Bununla şirkətin İdarə Heyəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir. 
Bugünkü sərəncamdan sonra şirkətin birinci vitse-prezidentləri Xoşbəxt Yusifzadə və Rövşən Nəcəfdir. Hazırda Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.



Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu