12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Qısa zamanda pensiyaya çıxmış hərbçilərin təqaüdləri də artırılacaq”
Tarix: 10-02-2022 20:10 | Bölmə: Sosial

                     “Qısa zamanda pensiyaya çıxmış hərbçilərin təqaüdləri də artırılacaq”


“Qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov öz sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır: “Söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir. Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox da suallar pensiyaya çıxmış hərbçilərin pensiyalarının indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur”.
Deputat xatırladıb ki, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların təqaüdü sığorta prinsipindən kənar formalaşdığı üçün indeksləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir: “Bununla belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Belə ki, yeni Sərəncam cənab Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək.
Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər”.



Baxış sayı: 284


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu