12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Təhsil nazirinin səlahiyyəti artırıldı - Fərman
Tarix: 09-02-2022 23:23 | Bölmə: Sosial

Təhsil nazirinin səlahiyyəti artırıldı



Prezident İlham Əliyev “Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, təhsil nazirinin səlahiyyətində dəyişiklik edilib.
Fərmanla Əsasnamənin 13.4-2-ci bəndi dəyişdirilib.
Bununla təhsil naziri nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq.
Yəni nazir tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu