12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bahəddin Həziyev Mətbuat Şurasından istefa verdi
Tarix: 06-02-2022 20:30 | Bölmə: Sosial

                 Bahəddin Həziyev Mətbuat Şurasından istefa verdi


“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Mətbuat Şurasının İdarə Heyətindən istefa verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə o, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciətində yazıb: 
"Azərbaycan Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova
2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı. 
Ancaq qərara gəlmişəm ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 5-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.
Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!".



Baxış sayı: 463


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu