Bütün xəbərlər
Gənc Alim və Mütəxəssislər Şurasının gələcək fəaliyyəti və nəzərdə tutulan işlər təhlil olunub
Tarix: 29-01-2022 19:37 | Bölmə: Sosial

     AMEA-nın Naxçıvan Bölməsində Gənc Alim və Mütəxəssislər Şurasının gələcək fəaliyyəti və nəzərdə tutulan işlərlə bağlı iclas olub. Bölmənin Rəyasət Heyətinin 29 noyabr 2021-ci il tarixli qərarı ilə yeni tərkibdə təsdiq olunan Şura üzvləri bir araya gələrək qarşıya qoyulan məqsəd və vəzifələrin həlli, gənc tədqiqatçıların səmərəli fəaliyyətinin təşkili üçün görülməsi nəzərdə tutulan işləri müzakirə ediblər.
   AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə  Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin mövqe müşahidələri şöbəsinin elmi işçisi Ruslan Məmmədov çıxış edib.          2022-ci ildə yerinə yetirilməsi nəzərdə tutulan işlərlə bağlı Tədbirlər Planının hazırlandığını söyləyən tədqiqatçı bildirib ki, il ərzində gənc alim və mütəxəssislərin iştirakı ilə beynəlxalq, respublika və bölmə əhəmiyyətli elmi tədbirlərin, maarifləndirmə seminarları, anım, yubiley və mükafatlandırma tədbirlərinin keçirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi əsərlərin nəşri, eləcə də bölmədə qazanılan elmi nailiyyətlərin təbliği ilə əlaqədar müxtəlif tədbir və fəaliyyət növlərinin təşkili planlaşdırılır. Qeyd olunan işlərdə Şurada təmsil olunan 41 üzvün aktiv iştirakı nəzərdə tutulub. Daha sonra idarə heyəti üzvlərinin irəli sürdükləri bəzi təkliflər dəyərləndirilib.
     AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Şuranın fəaliyyət planı ilə tanış olub, planın uğurlu icrası üçün tapşırıq və tövsiyələr verib. Bölmə rəhbəri bildirib ki, Gənc Alim və Mütəxəssislər Şurasının işi burada təmsil olunan hər bir gəncin elmi və ictimai fəallığının artırılmasında, lazımi bacarıqlara yiyələnməsində böyük önəmə malikdir.
Sabaha-inamla.az 



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu