Bütün xəbərlər
“Yoluxma sayı artır” - Əhaliyə çağırış
Tarix: 25-01-2022 20:40 | Bölmə: Sosial

                  “Yoluxma sayı artır”



Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılıb. Karantin müddətinə edilmiş dəyişiklikdən irəli gələrək sağalanların sayı bugünki tarixə 5197 nəfərə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
Bildirilib ki, bu günə olan məlumata əsasən yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11525 test icra olunub:
"Nəticədə koronavirusa yeni 2468 yoluxma faktı qeydə alınıb. Bu günə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir.
Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.
Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan beş ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici (“buster”) doza ilə peyvəndləməyə çağırırıq.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur".


Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər