Bütün xəbərlər
Büdcə gəlirlərinin 15,9 faizi Gömrük Komitəsindən olacaq
Tarix: 24-01-2022 12:34 | Bölmə: Sosial

                  Büdcə gəlirlərinin 15,9 faizi Gömrük Komitəsindən olacaq


2022-ci ildə dövlət büdcəsi gəlirlərinin 15,9 faizinin Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. 
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Faiq Orucov bildirib.
O qeyd edib ki, cari ildə Dövlət Neft Fondundan transfertlər və Dövlət Vergi Xidmətindən daxilolmalar da həmçinin dövlət büdcəsi gəlirlərinin əsas mənbələrini təşkil edir: “Dövlət Neft Fondu tərəfindən ayrılan transfertlər dövlət büdcəsi gəlirlərinin 47,4 faizini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxilolmalar 32,9 faizini formalaşdırması nəzərdə tutulub”.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu