Bütün xəbərlər
NDU-nun müəlliminin elmi məqaləsi Varşavada çap olunub
Tarix: 24-01-2022 12:31 | Bölmə: Sosial


Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın “Xalq rəssamı Cəlil Hüseynovun yaradıcılığında monumental rəngkarlıq əsərləri” adlı elmi məqaləsi Polşanın Varşava şəhərində Copernicus indeksli jurnalda dərc olunub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan jurnal elmi ictimaiyyət tərəfindən maraqla izlənilir.
Müəllif məqalədə xalq rəssamı Cəlil Hüseynovun yaradıcılığında monumental rəngkarlıq əsərlərinin bədii xüsusiyyətləri haqqında oxucuya ətraflı məlumat verib. Əsərlərindəki əsas bədii xüsusiyyətlərinin meydana çıxarılmasına xidmət edən rənglərin psixoloji xarakteri araşdırılıb, bu sahədəki fərdi yaradıcılıq xüsusiyyətləri müəyyənləşdirilib.
Məqalədə qeyd edilib ki, monumental rəngkarlıq əsərlərində rəng çalarlarının harmonik ifadəsini böyük ustalıqla yaratmış rəssamın əsərləri yüksək bədii estetika ilə yanaşı, mövzu rəngarəngliyinə və lakonik bədii ifadəliyə malikdir.





Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu