Bütün xəbərlər
Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə xərclənəcək
Tarix: 21-01-2022 20:39 | Bölmə: Sosial

                    Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə xərclənəcək



Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinin təminatına dəstək üçün yaradılmış fondlara və təsisatlar ödəniləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarda dəyişiklik edib.
Belə ki, dəyişikliyə görə, büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənəcək.



Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu