Bütün xəbərlər
Bu şəxslərin də maaşı artırıldı
Tarix: 17-01-2022 21:37 | Bölmə: Sosial

                 Bu şəxslərin də maaşı artırıldı



“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarda dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.
Dəyişikliklə bağlı yeni redaksiyada təsdiq edilib:







Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.



Baxış sayı: 438


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu