Bütün xəbərlər
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq... - Fotolar
Tarix: 17-01-2022 13:51 | Bölmə: Sosial

                  Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümünə hazırlıq...


Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.
Bununla bağlı BŞİH-in qurumları tərəfindən Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.
Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Qeyd edilib ki, həmin ərazi daima BŞİH-in nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı güllərdən ibarət kompozisiyalar yenilənir. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Fotolar: Müzəffər İsmayılov



















Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər