12:44 / 18-08-2026
Fabrikə basqın zamanı 130-dan çox qanunsuz immiqrant saxlanılıb
12:41 / 18-08-2026
Mülk üstündə oğullarını güllələyərək öldürüb
12:38 / 18-08-2026
Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya ilə sülh müqaviləsinin ilin sonuna qədər əldə olunmayacağını bildirib
12:35 / 18-08-2026
Bir kişi uşaq mağazasında qiymət fərqinə görə kassaya yumruq vurub
12:33 / 18-08-2026
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
12:28 / 18-08-2026
"The Financial Times" qəzeti bir amerikalı məmurun "sakit" missiyasından xəbər tutub
12:24 / 18-08-2026
Putin tacik yazıçısı Zülfikarovu 90 illik yubileyi münasibətilə təbrik etdi
12:13 / 18-08-2026
General oğlu vəzifəsindən azad edildi
12:06 / 18-08-2026
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
22:39 / 17-08-2026
Ən gənc general-leytenant oldu
22:35 / 17-08-2026
Yunanıstanda şəxsi vertolyot qəzasında üç nəfər həlak olub
22:32 / 17-08-2026
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
22:27 / 17-08-2026
Ovçu silahla dron vurmağa cəhd etdiyinə görə cərimələndi
22:20 / 17-08-2026
Almaniya qaz anbarları təxminən yarı doludur
22:16 / 17-08-2026
Norveç Kralı V Harald anemiya səbəbindən xəstəxanaya yerləşdirilib
22:13 / 17-08-2026
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
22:10 / 17-08-2026
Litva Sərhəd Mühafizəsinin rəisi sərhəd hadisəsindən sonra istefa verdi
22:07 / 17-08-2026
Britaniya Müdafiə Nazirinin mobil nömrəsi ictimaiyyət üçün açıq elan edilib
20:07 / 17-08-2026
Amerika şirkəti "Tomahawk" raketlərinin istehsalını sürətləndirmək üçün 22,9 milyard dollar alıb
20:05 / 17-08-2026
Oğrular nadir bir əşyanı oğurladılar
20:02 / 17-08-2026
Kliçkonun keçmiş nişanlısının ölümü ilə bağlı yeni detallar açıqlandı
19:49 / 17-08-2026
İİKK ABŞ ilə rabitə kanallarının mövcudluğunu inkar edir
19:46 / 17-08-2026
Polşa Müdafiə Nazirliyi Rusiya ilə müharibəyə hazırlıqlarını açıqladı
19:43 / 17-08-2026
"Kremlin camaşırxanası" kanalının administratoru 11 il həbs cəzası alıb
19:38 / 17-08-2026
Qızına təcavüz etdiyinə görə həbsxanaya göndərilib
19:33 / 17-08-2026
Melaniya Tramp Ukrayna münaqişəsi nəticəsində ayrılan bir ailənin yenidən birləşməsinə kömək etdi
19:30 / 17-08-2026
Kobyakov Rusiyanın Olimpiya Oyunlarına tam qayıda biləcəyini bildirdi
19:27 / 17-08-2026
Transformator yarımstansiyasını yandırıb
19:23 / 17-08-2026
Ukrayna Bolqarıstandan "Patriot" raketləri daşıya bilər
19:20 / 17-08-2026
Zaxarova: "Yaponiyanın Moskvadakı səfiri çağırışdan sonra 18 avqustda Rusiya Xarici İşlər Nazirliyinə gələcək"
19:16 / 17-08-2026
14 yaşlı qızın Ukraynadan Rusiyaya qayıtdığını açıqladı
09:23 / 16-08-2026
Tunel yanğını qatar xidmətində fasilələrə səbəb olub
09:20 / 16-08-2026
Kim Çen In Koreyanın Azadlıq Günü münasibətilə təbriklərinə görə Putinə təşəkkür etdi
09:18 / 16-08-2026
İran Xarici İşlər Nazirliyi ölkənin sahil xəttinə dəyən ekoloji ziyanı trilyonlarla dollar qiymətləndirir
09:11 / 16-08-2026
İran və Oman Hörmüz boğazı üçün gəmiçilik marşrutu xəritəsi ilə bağlı razılığa gəliblər
09:08 / 16-08-2026
5,4 bal gücündə zəlzələ baş verib
09:05 / 16-08-2026
Varşava Kiyevi Polşa dəfn yerlərində qazıntı işlərinə icazə verməkdə ittiham edir
09:00 / 16-08-2026
Bərə qəzasında ölənlərin sayı 70-ə çatıb
Media islahatları: yeni hədəflərə doğru
Tarix: 12-01-2022 22:01 | Bölmə: Sosial
2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilib. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.
Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik:
Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanıb.
Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilib. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyyətləri də özündə birləşdirir.
Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.
Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilib. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaq. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınıb. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilib.
Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilib. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.
Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.
İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilib.
Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider Ulu Öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə edib. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilib, bu təlimlərə dövlətin həm mülki qurumlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilib.
Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilib.
Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.
Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrının tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilib, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilib və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılıb. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır.
Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Agentliyin fəaliyyəti dövründə keçirilən müsabiqələrdə ənənəvi çap mediası ilə yanaşı, onlayn media subyektlərinin (xəbər veb-saytlarının) iştirakı üçün də şərait yaradılıb. Müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı digər fərqləndirici məqam ondan ibarətdir ki, ötən ilin iyun ayından başlayaraq fərdi jurnalist müsabiqələrində jurnalistlər çap materialları – məqalələrlə yanaşı, artıq audiovizual media materialları – televiziya süjetləri ilə də iştirak edə bilirlər.
Fəaliyyət dövrü ərzində Agentlik müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, bu layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “Anadolu Ajansı”, “Lazarus Training” kimi nüfuzlu qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilib. Tərəfdaşlarla həyata keçirdiyimiz ən yaddaqalan layihələrdən biri kimi Azərbaycanın hərbi reportyorları üçün Türkiyənin Ankara şəhərində təşkil olunan xüsusi təlimlər nümunə göstərilə bilər.
Bu müddət ərzində təşkil edilmiş tədbirlər “Mediada islahatlara doğru”, “Böhran vəziyyətlərində jurnalistika”, “Jurnalistlərin münaqişə zonasında davranışları”, “Qabaqcıl televiziya proqramlaşdırılması”, “Təhlükəli bölgələrdə fəaliyyət”, “Mina partlayışlarında xilas olma və ilkin tibbi yardım”, “Məişət zorakılığı media müstəvisində” (Tvinninq layihəsi), “Media etikası” və s. kimi spesifik mövzuları əhatə edib.
Eyni zamanda vurğulamaq istərdik ki, Agentliyin bütün layihələri həyata keçirilməzdən öncə xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislərimiz, müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmış peşəkar və təcrübəli əməkdaşlarımız tərəfindən dərindən təhlil edilir, beynəlxalq təcrübəyə əsaslanaraq optimal həllər verilməklə hazırlanır.
Agentlik ölkədə baş verən hadisələri, sosial sifarişi diqqətində saxlamaqla hər zaman cəmiyyətin tələblərinə adekvat cavab verməyə çalışır. Qəhrəmanlarımıza xüsusi sevgi və hörmət əlaməti olaraq, Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümü ərəfəsində “44 günlük tarix yazan media qəhrəmanları” adlı layihə çərçivəsində silsilə videoçarxlar hazırlanıb. Agentlik, eyni zamanda, bu münasibətlə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Media Təhlil Mərkəzi (MTM) ilə birgə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə təşkil edib.
Bildirmək istərdik ki, Agentlik gəncləri də unutmur, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlığımız davam etdirilir. Əlavə olaraq, Agentlik media sahəsinə maraq göstərən istedadlı və təşəbbüskar gəncləri cəlb edərək “Media könüllüləri” layihəsi hazırlamış və həmin layihə çərçivəsində 2 aylıq xüsusi “MEDİA könüllüləri üçün peşəkar inkişaf təlimləri” proqramını təşkil edib.
Medianın İnkişafı Agentliyi media sahəsində beynəlxalq əməkdaşlıq layihələrində yaxından iştirak edir, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin qurulması və gücləndirilməsinə xüsusi diqqət ayırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələrini göstərmək olar.
Yarandığı qısa müddət ərzində Agentlik Bakıda keçirilən o zaman hələ TDƏŞ adlanan təşkilata üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin 3-cü toplantısı, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu, Rusiyanın Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumu və İstanbul Media Forumu kimi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə təmsil edilib. Bununla yanaşı ötən ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən biri sentyabr ayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələri üçün Azərbaycana, o cümlədən onun işğaldan azad edilmiş ərazilərinə təşkil edilmiş mediatur olub. Həmin mediaturda iştirak edən çoxsaylı beynəlxalq media nümayəndələri sonradan öz dövlətlərinin media resurslarında səfər təəssüratlarını bölüşərək geniş materiallarla çıxış edib, burada tanış olduqları Azərbaycan həqiqətləri ilə bağlı öz ölkələrinin və daha geniş auditoriyanı tanış ediblər.
Beynəlxalq münasibətlərimizin əhatə dairəsinin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yaxın zamanda genişləndirilməsi istiqamətində hazırda konkret əməli işlər davam etdirilir.
Yuxarıda qeyd etdiyimiz kimi media prosesi əslində kifayət qədər geniş bir anlayışdır və bu prosesdə bir sıra müxtəlif iştirakçılar təmsil olunur. İstehsal olunduqdan sonra, media məhsulunun istehlakı mərhələsində onun məzmunu ilə yanaşı, istehlakçısının savadı, ictimai mənşəyi, peşəsi, mədəni səviyyəsi, dünyagörüşü, intellektual bacarığı, tənqidi yanaşması, müstəqil düşünmə qabiliyyəti və digər keyfiyyətləri əhəmiyyətli rol oynamağa başlayır. Bunu nəzərə alaraq Agentlik tərəfindən media məhsulları və informasiyanın istehlakçısı olan auditoriyanın media savadlılığının yüksəldilməsi istiqamətində müəyyən tədbirlər nəzərdə tutulub. Məsələn, bu istiqamətdə Baş Prokurorluqla birgə “Media və hüquqi maarifləndirmə” vəsaiti hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.
Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanıb, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın press-reliz, məlumat bülleteni və bəyanat hazırlanıb. Bu günə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilib.
Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa – milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin İnciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik.
Sonda qeyd etmək istərdik ki, Agentlik mediaya, media subyektlərinə, jurnalistlərə, media ekspertlərinə, media sahəsinə maraq göstərən gənclərə və ümumilikdə cəmiyyətə hər zaman açıqdır. Biz səmərəli əməkdaşlıq təkliflərinizi və mediamızın inkişafına töhfə verə biləcək konstruktiv ideyalarınızı məmnuniyyətlə dəyərləndirməyə hazırıq.
İnanırıq ki, həyata keçirilən islahatlar tezliklə öz müsbət nəticələrini göstərəcək və mediamız müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutacaq.
Baxış sayı: 893
Bölməyə aid digər xəbərlər

14-08-2026, 23:56
Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək
14-08-2026, 17:48
Nağıllar Aləmi Uşaq Bağçası: Yaradıcılıq və Vətən sevgisi
14-08-2026, 17:28
“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”
12-08-2026, 10:42
Bir neçə nəfər fast food restoranında zəhərlənib
12-08-2026, 10:22
Rusların Türkiyədə Şengen vizası alması getdikcə çətinləşir
12-08-2026, 10:00
Təhsil Nazirliyi məktəblərdə fasilələrin nə qədər davam etməli olduğunu aydınlaşdırdı
11-08-2026, 19:00
Məhkəmə Ukrayna Milli Bankının sədri Pışnıyın diplomunun etibarlılığının yoxlanılmasını əmr etdi
11-08-2026, 09:24
Fırıldaqçılar saxta məktəb söhbətləri yarada bilərlər
10-08-2026, 19:20
Bir qadın on beşinci uşağını dünyaya gətirib
10-08-2026, 18:46
Kiyev qışa hazırlaşmaq üçün bank krediti götürdü
6-08-2026, 20:24
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
6-08-2026, 19:46
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
5-08-2026, 19:41
"Hər qələbə xoşbəxtlikdir": sinxron üzgüçü Kossova Parisdə keçirilən Avropa Çempionatında qızıl medal qazanması haqqında
4-08-2026, 20:22
Avropa Çempionatındakı nəticəsini "rüsvayçılıq" adlandırdı
4-08-2026, 18:45
Avropa Komissiyası Rusiyadan enerji məhsullarına tam qadağa qoyulmasını tələb edəcək
3-08-2026, 18:16
Putin "Böyük dəyişiklik" mərasimində gənc aparıcı ilə futbol oynadı
3-08-2026, 01:04
Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
1-08-2026, 11:57
MİQ nəticələri açıqlandı
30-07-2026, 18:10
Pulsuz turist avtobusu istifadəyə veriləcək
29-07-2026, 19:24
Fırtına və cərəyanlar səbəbindən dənizdə üzmək qadağan edilib
29-07-2026, 18:17
Yataqxana binasında yanğın baş verib
28-07-2026, 19:54
Dünyada filiz hasilatı üçün ilk tunel qazma maşını işə salınıb
28-07-2026, 18:30
Əlil sərnişin hava limanında təyyarəyə sürünərək çıxdı
27-07-2026, 17:05
10 milyon rubl dəyərində saat və zinət əşyalarının oğurlanması ilə bağlı cinayət işi açılıb
23-07-2026, 22:30
Dron hücumundan sonra yanacaq-enerji kompleksi obyektində baş verən yanğını 279 nəfər söndürür
22-07-2026, 13:00
"The Wall Street Journal", Ukrayna "Magura" pilotsuz qayıqlarının ABŞ-da istehsal ediləcəyini açıqladı
22-07-2026, 12:51
Rusiya qadın komandası Su Polosu üzrə Dünya Kubokunun dörddəbir finalında Hollandiyanı məğlub etdi
21-07-2026, 20:49
Təbiət Qoruğu Norveç maralının vurduğu ziyanı qiymətləndirir
20-07-2026, 20:29
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
20-07-2026, 18:46
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
20-07-2026, 18:43
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
19-07-2026, 20:02
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
15-07-2026, 20:18
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
14-07-2026, 10:14
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
13-07-2026, 19:57
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
13-07-2026, 19:52
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
13-07-2026, 19:32
İnsan boyda tuna balığı tutuldu
12-07-2026, 20:34
ABŞ-dan Rusiyaya qadın geyimləri göndərilməsi üç dəfə artıb
12-07-2026, 20:24
Putini toyuna dəvət edən jurnalist evləndi
11-07-2026, 16:20
İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
11-07-2026, 16:06
Millət vəkilinin növbəti vətəndaş qəbulu
10-07-2026, 21:03
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar