Bütün xəbərlər
Naxçıvanda alternativ və bərpa olunan enerjidən istifadə imkanları artırılır
Tarix: 05-01-2022 18:29 | Bölmə: Sosial


Muxtar respublika iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən biri olan energetika sektorunda, xüsusilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzindədir. Bu sahənin inkişafı abonentlərin elektrik enerjisi ilə dayanıqlı təminatına və ucuz enerji istehsalına səbəb olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görülən işlərin davamı olaraq ötən il 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.
Ordubad rayonunda 32 meqavatlıq “Ordubad” Su Elektrik Stansiyasının, Şərur rayonunda isə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilib. Ötən il Şahbuz rayonunda 3 kəndin elektrik sistemi yenidən qurulub.
Təbii qaz təchizatı sisteminin müasirləşdirilməsi də diqqətdə saxlanılıb, Naxçıvan Qaz-Kompressor Stansiyası istifadəyə verilib.













Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu