20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
“2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik”
Tarix: 31-12-2021 15:15 | Bölmə: Sosial
“Azərbaycan tarixinin uğur səhifələrini zənginləşdirən daha bir ili arxada qoyuruq. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alıb “2021-ci il ölkəmizin təqdimatına hansı əlavələri etdi” sualını cavablandırmaq istədik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur ki, artıq uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanımıza baxış keçiririk. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın bu gününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 2021-ci ilin uğurlarla zəngin bir il kimi tarixə qovuşmasını şərtləndirən digər amil isə xalqımızın birliyi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsidir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə səfərlərində bu fikri daim bəyan edir ki, 44 günlük Vətən müharibəsində birliyimiz sayəsində tarixi Zəfərə necə nail olduqsa, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa və quruculuq işlərini uğurla həyata keçirəcək və Böyük Qayıdışı təmin edəcəyik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi sahibinə qovuşan torpaqlarımıza hər bir səfəri Böyük Qayıdışı yaxınlaşdırır. Bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılması, yeni sosial obyektlərin təməlinin qoyulması, açılışı 2021-ci ili səciyyələndirən uğurlar sırasındadır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqi istiqamətində atılan addımlar və əldə olunan nəticələr davamlı olub: “İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenilənməsi prioritetdir. Dövlət başçımızın Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yolunun tikintisinə başlanıldı və cari ildə istifadəyə verildi. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi Füzuli Beynəlxalq Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası davam edir. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında ölkə Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu, bir daha qardaşlığımızın dünyaya növbəti təqdimatı kimi dəyərləndirildi. Türkiyə Prezidenti işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. İyun ayının 15- də, Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşamız qardaş ölkənin Prezidentini qarşıladı və Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində ilk plot layihənin icrası ilə tanışlıq oldu, həmçinin Türkiyə-Azərbaycan birliyinin təntənəsi olan növbəti investisiya layihəsinin- “Dost Aqropark”ın təməli qoyuldu.”
Vüqar Rəhimzadə 2021-ci ilin Azərbaycanın həyatında uğurlarla zəngin il olduğunu önə çəkərək diqqəti Azərbaycanın təşəbbüsü ilə üç dost ölkənin- Azərbaycan, Türkiyə və Pakistanın palament sədrlərinin toplantısına və Bakı Bəyannaməsinin imzalanmasına yönəldib. Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması dünyaya bu birliyin sarsılmazlığının, bundan sonra daha da möhkəmlənəcəyinin təqdimatı oldu.
“Tarixi Zəfərimiz bölgədə və dünyada yeni reallıq yaratdı, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bu reallıqlarla barışmağa çağırışlar edildi” söyləyən YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın bu bir ildə qazandığı diplomatik uğurlardan və dünya güclərinin reallıqları qəbul etməsindən bəhs edib: “2021-ci ilin yanvarında Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin təsdiqidir. Azərbaycan təkmil sülh modelini təklif etməklə yanaşı, bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Bu, işğalçı Ermənistana və ona dəstək verən bəzi dövlətlərə ciddi mesajdır. Artıq 30 illik işğal dövrünün deyil, postmünaqişə mərhələsinin reallıqları ilə yaşamaq lazımdır. Bu reallıqlar isə kommunikasiyaların açılmasını, yolların çəkilişini, iqtisadi əlaqələrin qurulmasını diktə edir ki, bu da öz növbəsində dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini bir tələbə çevirir.”
V.Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açdı: “2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında dayanan problemlərin həllində daha fəal iştirak edəcək. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin Birinci müavini təyin edildi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasında rəhbər strukturda təmsil olunmaqla Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir. Xalqımız tam əmindir ki, hər bir ili təkmil islahatları, düşünülmüş siyasəti ilə tariximizə zəngin il kimi yazan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq, qarşıdan gələn 2022-ci il bütün dünya azərbaycanlılarına Böyük Qayıdış sevincini yaşadacaq”.
Baxış sayı: 761
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi