Bütün xəbərlər
Ömürlük əlillik təyinatı ilə bağlı - Rəsmi açıqlama
Tarix: 29-12-2021 23:17 | Bölmə: Sosial

Ömürlük əlillik təyinatı ilə bağlı


“Bir neçə gün öncə Nazirlər Kabineti ömürlük əlillik dərəcəsinin verilməsi ilə bağlı məsələni təsdiq edib. Ömürlük əlillik təyinatı bəzi xəstəlik kodları üzrə aparılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli canlı yayımda “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib.
“Qərara qədər həmin xəstəliklər üzrə əlillik dərəcəsi alan şəxslər 3 və ya 5 ildən bir təkrar müayinədən keçirdilər. İndi onlar ömürlük əlillik təyinatı alacaqlar”, - o qeyd edib.




Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu