Bütün xəbərlər
Səhiyyə Nazirliyindən “Omicron”la bağlı çağırış
Tarix: 29-12-2021 17:07 | Bölmə: Sosial

        Səhiyyə Nazirliyindən “Omicron”la bağlı çağırış



Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib. 
O qeyd edib ki, qaydalara əməl olunsa, virusda artım olmaz: “İl ərzində bir neçə bayram olur və bir neçə gün evdə oluruq. Yeni il ailə bayramıdır, yaxın insanlar bir-birinə qonaq gedirlər. Biz özümüzü qaydalara uyğun aparsaq, sıx toplaşmasaq, bu, virusun artmasına gətirib çıxarmaz. Hələ Azərbaycanda “Omicron” ştamı qeydə alınmayıb. İnsanların qaydalar çərçivəsində toplaşması artıma gətirib çıxarmayacaq. Diqqətli olaq ki, yeni ili sağlam qarşılayaq və yeni ilə xəstəliksiz keçək”.



Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu