Bütün xəbərlər
“Gənc sahibkar və fermerlərin maarifləndirilməsi üzrə aqrar bazarın öyrənilməsi” adlı layihəsi başa çatıb
Tarix: 29-12-2021 14:48 | Bölmə: Sosial


    Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənc-Marketoloq Reklamçılar İctimai Birliyinin həyata keçirdiyi Tovuz,Qazax və Ağstafa rayonu üzrə “Gənc sahibkar və fermerlərin maarifləndirilməsi üzrə aqrar bazarın öyrənilməsi” adlı layihəsi başa çatıb.
    Ağstafada həyata keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsməliyev və Azərbaycan GəncMarketoloq -Reklamçılar İctimai Birliyinin sədri Hafiz Əzəmmədov və iyirmi nəfər rayon gəncləri iştirak edib.
     Layihə rəhbəri Hafiz Əzəmmdov çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib.H.Əzəmmədov çıxışı zamanı ölkə gənclərinin daima diqqət və qayğı ilə əhatə olunduğunu və bu kimi tədbirlərin gələcəkdə də davamlı olacağını bildirib.O qeyd edib ki, layihənin məqsədi rayonda yeniyetmə və gənclərin sahibkarlığa olan marağının artırılması və yeni sahibkarların yetişməsinə dəstək verməkdir.
     Maraqlı diskussiyalar şəraitində keçirilən tədbir gənclərin marağına səbəb olub.
      Tədbirin sonunda iştirakçılara müxtəlif vəsaitlər paylanılıb.
Sabaha-inamla.az








Baxış sayı: 700


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu