Bütün xəbərlər
“9-cu sinifdən sonra təhsilə icazə vermirlər, biabırçılıqdır”
Tarix: 27-12-2021 13:27 | Bölmə: Sosial

                   “9-cu sinifdən sonra təhsilə icazə vermirlər, biabırçılıqdır”


“Cənub bölgəsində erkən nikah problemi mövcuddur. 9- cu sinifdən sonra qızların təhsili davam etdirməsinə icazə vermirlər. Bu nə biabırçılıqdır?!”. 
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə çıxışında deyib. 
O qeyd edib ki, bu məsələ ilə bağlı ona çoxsaylı şikayət məktubları gəlir: “Həyəcan siqnalı çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikah məsələsi biabırçı vəziyyətdədir. Təəssüf ki, narkomaniya ilə bağlı vəziyyət də bu bölgədə ürəkaçan deyil. Erkən nikah və narkomaniyanın qarşısının alınması məsələsində müvafiq qurumlar bu istiqamətdə işini gücləndirməlidir”. 



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu