Bütün xəbərlər
Dini dəyərlərin mediada düzgün təbliği işi gücləndirilir
Tarix: 26-12-2021 02:38 | Bölmə: Sosial


Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Dialoq və İnkişaf Naminə İctimai Birliyi (İB) dini dəyərlərin mediada düzgün təbliği işinin gücləndirilməsi məqsədilə “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş keçirib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Heydər Əliyev Mərkəzinin direktoru Tahir Süleymanov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov və idarə heyətinin üzvü Aydın Talışinskiy, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, ziyalılar, tələbə-gənclər və KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər dini dəyərlərin düzgün təbliğində medianın rolunu vurğulayıblar. Bildirilib ki, görüşün əsas məqsədi KİV nümayəndələri ilə Azərbaycanda qardaşcasına yaşayan müxtəlif dini icmaların nümayəndələrini bir araya gətirərək mövzu ətrafında müzakirələr aparmaqdır. Diqqətə çatdırılıb ki, Azərbaycan multikultural ölkədir və din dövlətdən ayrıdır. Dini dəyərlərin düzgün təbliği ilə bağlı media nümayəndələrinin üzərinə böyük iş düşür. Cəmiyyətə elə informasiyalar ötürülməlidir ki, insanlar dini dəyərlərdən düzgün faydalansınlar. Azərbaycanda heç zaman radikalizm mövcud olmayıb, bütün dinlərin nümayəndələri ölkəmizdə mehriban şəraitdə yaşayıblar və yaşayırlar. Burada fərqli dinlərin nümayəndələri bir-birinə hər zaman hörmətlə yanaşıblar.











Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu