22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN HƏDƏFLƏRİ: REALLAŞMA VƏ YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ
Tarix: 23-12-2021 23:41 | Bölmə: Sosial
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti
İqtisad üzrə fəlsəfə doktoru
Naxçıvan Dövlət Universiteti modern təhsil imkanlarının artırılması sahəsindəki tədbirlərini qətiyyətlə davam etdirməkdədir. İstər infrastruktur, istər təşkilatlanma, istərsə də uzunmüddətli hədəflər prizmasından yanaşdıqda aydın olur ki, universitet hər bir istiqamət üzrə kifayət qədər təcrübə yolu keçmiş, bütün bunlar isə cari və gələcək mərhələlər üzrə geniş perspektivlər təşkil etməkdədir. Hazırda Naxçıvan Dövlət Universitetində reallaşan tədbirlər təhsil sektorunun davamlı inkişafı ilə yanaşı, həmçinin cəmiyyət üzvlərinin həyat keyfiyyətlərinin daha da yaxşılaşmasına, sağlamlığının qorunmasına və bu sahədəki etibarlılığın artmasına yol açmaqdadır. Bütün dövrlərdə aktual olan sahələrin inkişafına diqqət göstərilməsi və bu sahədəki hədəflərə səlis idarəetmə ilə nail olunması universitetin artıq ənənə halı alan uğurları içərisində yer almaqdadır. Geridə qalan mərhələlərdə iqtisadi və sosial sferalar üçün zəruri olacaq proseslər universitetdə reallaşan layihələrin çox mühüm mahiyyətini təşkil etmişdir. Məhz həmin dəyərlər əsasında son illərin zəruri inkişaf dövrünü yaşamaqdadır. Bunlara:
- ilk dəfə tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasına qəbulun uğurla keçirilməsi mümkün oldu. Hazırda həmin ixtisasa ikinci tədris ili üzrə də qəbul uğurla həyata keçirilmiş və bu isə peşəkar mütəxəssislərin formalaşmasında çox mühüm amilə çevrilmişdir. Təbii ki, bunlar, iqtisadiyyatın gələcək hədəflərinin təhsil əsasında daha möhkəm olacağını bir daha göstərmiş olur;
- ilk dəfə ikili diplom layihəsinin təqdimatı və həyata keçirilməsinin çox mühüm əsasları yaradılmışdır. Artıq universitet tələbələrinin elmi, təcrübi, bilik, ideya, axtarış və
digər çoxsahəli perspektivləri həm də beynəlxalq mahiyyətinə qovuşmuşdur. Həmçinin burada, qeyd olunan keyfiyyətlər üzrə mübadilənin və işbirliyinin etibarlı dayaqları yaranmış olacaq;
- ilk dəfə elektron jurnaldan istifadə olunmaqla, tədris olunan fənnlərin qeydiyyatının aparılması təmin olunmuşdur. Şəffaf qiymətləndirmənin və informasiya əlçatanlığının təmin olunması sürətlənmişdir. Artıq bu dövrdən başlayaraq, universitet öz təhsil və tədris məqsədlərinə doğru daha inamla addımlayacaq;
- ilk dəfə Texnopark tikilməsi ilə nəzəriyyədən təcrübəyə keçidin münbit və əlverişli əsasları yaradılmışdır. Bununla da, tələbələrin (gənclərin) daha mühüm nəticələrə doğru addımlaması səmərəliliyi ilə seçilməkdədir;
- ilk dəfə tədrisi həyata keçirilən hərbi tibb ixtisasının təqdimat mərasimi keçirilmişdir. Yeni mərhələdə universitetimiz Vətənimizin keşiyində dayanan qəhrəman övladlar üçün öz qayğısını və qulluq imkanlarını genişləndirmiş olacaq. Bu məqsədlə, hərbi tibb ixtisasına qəbul olunan tələbələrə həkim xalatları və hərbi formalar təqdim olunmuşdur. Artıq bununla, həyata keçirilən islahatların geniş əhatədə nəticələrinin şahidləri olmaqdayıq.
Qeyd etmək olar ki, ali məktəbin hər bir fəkültəsində, onların hər bir ixtisasında bu müasirləşməni görmək mümkündür. Texnoloji inkişafa və innovativ təşkilatlanmaya doğru atılan inamlı addımlar bu sahələr üzrə şaxələndirmənin təminatına çevrilmişdir. Elə bütün bunların nəticəsidir ki, artıq Naxçıvan Dövlət Universitetinin ölkənin rəqəmsallaşma mühitindəki yeri və rolu daha da artmaqdadır. Yeni inkişaf mərhələsində universitet dünya təhsilinə inteqrasiyanın çox mühüm mərhələsini keçməkdədir. Bu daha elmli, daha təhsilli, daha ixtisaslı, daha savadlı və daha dünyagörüşlü tələbələrlə çox asan olacaq. Qeyd etmək olar ki, universitet haqqında məlumatların, tədris proseslərinin təşkili, tədris illəri haqqında məlumatlar daha asan qaydada əlçatan olmaqdadır. Belə ki, universitetin mobil tətbiqi olan “NETTY 2021” bu sahədəki göstəricilərlə Azərbaycanın Milli İnternet Mükafatına layiq görülmüşdür. Naxçıvan Dövlət Universitetinin tələbələri bu vasitə ilə dərslər,
kollokviumlar, imtahan cədvəllərinin, imtahan suallarının və nəticələrinin vahid platformada birləşdiyi istənilən elektron materialı “E-cədvəl” mobil tətbiqindən əldə edə bilirlər. Daha böyük uğurlara qapı açan, zəmin yaradan və motivasiya olan bu proseslər son illərin məqsədyönlü tədbirlərinin həm də məntiqi davamıdır.
Naxçıvan Dövlət Universitetinin tələbələrinin ideya və təşəbbüs müəllifləri olaraq, eyni zamanda, nəzəriyyədən təcrübəyə doğru səmərəli keçid kimi mərhələlərdə sərgiləmiş olduqları fəaliyyətləri keçən hər bir gün daha da təkmilləşməkdədir. Bu sahədə onlara yaradılan hərtərəfli şərait daha yeni, daha aktual, daha araşdırma tələb edən mövzuların ortaya qoyulmasına yol açmaqdadır.
Tələbələr milli maraqlarımızı uca tutmaqla, ona sadiq qalmaqla, bu gündən gələcəyə böyük potensial daşımaqdadırlar. Milli iqtisadiyyatımızın uzunmüddətli prioritetlərinə, neft və qeyri-neft sektorlarının perspektivlərinə və bütün sahələr üzrə uğurla davam etdirilən islahatların gedişinə öz töhfələrini vermək üçün bilik və bacarıqlarını səfərbər edirlər. Bütün bunlar universitet tələbələrinin qloballaşan dünya iqtisadiyyatının reallıqlarını yaxından izlədiklərini, düzgün yanaşma ortaya qoyduqlarını və pozitiv nəticələrə gəlmə bacarıqlarına malik olduqlarını hər addımda göstərməkdədir.
Elə bütün bunlar, İqtisadiyyat və idarəetmə fakültəsinin, NDU TGT, NDU THT-nin təşkilatçılığı ilə 17 dekabr tarixində Diplomatiya Mərkəzində keçirilən "OPEC" simulyasiyasında özünü bir daha göstərmiş oldu. Tələbələr qənaətlərini dolğun və əsaslandırılmış faktlarla izah etməklə, sərbəst şəkildə OPEC ölkələrinin mövqelərini ifadə edə bilmiş, mülahizə və təklifləri ilə mövcud proseslərə dəqiq yanaşma irəli sürmüşülər. Təbii ki, bütün bunlar, tələbələrə yaradılan hərtərəfli diqqət və qayğıdan səmərəli yararlanmanın real təsdiqi olmaqdadır.
Naxçıvan Dövlət Universitetinin həm tədris proseslərində, həm tələbələrlə işlərin düzgün qurulmasında və təbii ki, həm də qarşıdaskı illər üzrə beynəlxalq əlaqələrinin daha perspektivli olması sahəsində həyata keçirmiş olduğu tədbirlər məqsədyönlülüklə davam etdirilməkdədir.
Artıq hər bir tələbə universitet adlı modern binanın qurulmasında fəal iştirakçıdır. Elmi biliklərin artırılmasında, nəzəri və təcrübi keyfiyyətlərin düzgün sintezində, dünyagörüş imkanlarının əhatəsinin genişlənməsində Naxçıvan Dövlət Universiteti öz potensialını həm bəyan edir, həm də təbii ki, onu bir nümunə olaraq qəbul etmək olar.
Bunu tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasında təhsil alan tələbələrin ixtisaslaşmasında, dünya reallıqlarına onun öz dilində yanaşmasında, milli iqtisadiyyatımızın hazırkı inkişaf mərhələlərinin məhz bu əsasda təqdimatında görmək hər birimizə qürur verməkdədir. Universitetimizdə iki il əvvəl güclü təcrübə əsasında keçirilən qəbul artıq bu ixtisasın əhəmiyyətini bir daha ortaya qoymaqdadır.
22 dekabr tarixində Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsində “İqtisadiyyatın qloballaşmasına mənim baxışım” mövzusunda keçirilən dəyirmi masada tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasının birinci kurs tələbələrinin fəallığı təqdirəlayiqdir. Dəyirmi masada tələbələr öz düşüncələrini, yanaşmalarını və baxışlarını sərbəst şəkildə olmaqla, ifadə edə bilmiş, ən əsası artıq gələcəyin dünyaya çıxış imkanları olan mütəxəssisləri olaraq formalaşdıqlarının məsuliyyətini hiss etmişlər.
Qeyd edək ki, geridə qalan tədris ilində də eyni ixtisasın indiki II kurs tələbələrinin dəyirmi masada müzakirələri keçirilmiş, həmin tədbir də bizlərə qürur vermişdir.
Beləliklə, Naxçıvan Dövlət Universiteti davamlı inkişaf yollarında inamla addımlayır. Həmin yolda tədris proseslərini zənginləşdirən amillər içərisində sosial, iqtisadi, mədəni, hüquqi, ictimai və digər sahələr üzrə dəyərlər əhatəli şəkildə yer almaqdadır. Həmçinin bunlar qarşıdakı dövrlərdə üzrə daha mühüm nəticələrin başlanğıcını təşkil edəcəkdir.
Baxış sayı: 809
Bölməyə aid digər xəbərlər
Tarix: 23-12-2021 23:41 | Bölmə: Sosial
Cavadxan Qasımov,Naxçıvan Dövlət Universitetinin dosenti

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi