Bütün xəbərlər
Uşaqlara kalsium nə zaman verilməlidir?
Tarix: 22-12-2021 19:51 | Bölmə: Sosial

                  Uşaqlara kalsium nə zaman verilməlidir?



Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov uşaqlara göstəriş olmadan kalsium preparatının təyin edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə nazirliyin instaqram səhifəsində canlı yayım zamanı bildirib.
“Mən dərman vasitələrinin ancaq ehtiyac olduğu halda uşağa verilməsinin tərəfdarıyam. Bunun səbəbləri var. Kalsium metabolizmasını bilmədən bu dərmanları verdiyimiz zaman kalsiumun təsiri uşaqlarda normadan yuxarı ola bilər. Qanda kalsiumun normasını ölçmədən kalsium təyin etdiyimiz zaman bəzi uşaqlarda hiperkalsemiya yarana bilər”.
Həkim bildirib ki, kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir: “Ümumiyyətlə, dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Mən həkim kimi lazımsız kalsi istifadəsinin əleyhinəyəm. Yalnız hansısa uşaqda kalsium azlığı varsa, bu, ancaq həkim məsləhəti ilə verilə bilər”.



Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu