Bütün xəbərlər
“Görüş dörd saatdan artıq çəkdi, olduqca səmərəli idi” - Prezident
Tarix: 18-12-2021 19:16 | Bölmə: Sosial

                    “Görüş dörd saatdan artıq çəkdi, olduqca səmərəli idi”


“Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı jurnalistin “Mənim ilk sualım Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Dünən Siz maraqlı bir görüş keçirmisiniz. Səhv etmirəmsə, Sizin dünən Ermənistanın baş naziri və cənab Şarl Mişellə görüşünüz olub. Görüş necə keçdi və bizim bilməli olduğumuz hər hansı bir yenilik varmı?” sualına cavabında deyib.
“Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.
Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi.
Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik.
Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir”, - dövlət başçısı qeyd edib.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu