Bütün xəbərlər
Bakıda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib
Tarix: 15-12-2021 14:57 | Bölmə: Sosial

Məhərrəm İbrahimov



Binəqədi rayonunda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Bu barədə APA-ya Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Sahilboyu küçəsinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.



Baxış sayı: 504


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu