Cümə axşamı, 29 may 2025, 09:30:36  
Son xəbərlər:
Bütün xəbərlər
Valideyn-Müəllim Assosiasiyasına alternativ qurum yaradılacaq
Tarix: 15-12-2021 13:34 | Bölmə: Sosial

Mehriban Vəliyeva


"Valideyn-Müəllim Assosiasiyası ilə bağlı problemlər artıq bir müddətdir ki, gündəmdədir".
APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, yaxın gələcəkdə Valideyn-Müəllim Assosiasiyasına alternativ idarəetmə qurumunun yaradılması nəzərdə tutulur: "Bu qurum məktəblərə sosial dəstək göstərilməsinə istiqamətlənən QHT kimi fəaliyyət göstərir. Qurumun fəaliyyətinə məktəb, məktəb müdiriyyəti, müəllim qoşula bilməz. Bu təşkilat yalnız valideynlərin könüllülüyü əsasında fəaliyyət göstərir. Valideyn-müəllim, valideyn-məktəb fəaliyyətinin düzgün qurulması ilə bağlı ictimai təşkilatların yaradılması fikri müzakirə olunur. Bununla əlaqədar maraqlı təkliflər var. Yaxın gələcəkdə alternativ idarəetmə qurumu olacaq".




Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər