Bütün xəbərlər
Erkin Qədirli media ilə bağlı layihədəki bu müddəları tənqid etdi
Tarix: 14-12-2021 22:47 | Bölmə: Sosial

                   Erkin Qədirli media ilə bağlı layihədəki bu müddəları tənqid etdi


“Mən “Media haqqında” qanunu ən azından birinci oxunuşda dəstəkləyə bilməyəcəyəm. Təbii ki, bu layihə üçün enerji sərf olunub. Dinləmələr, müzakirələr aparılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Erkin Qədirli parlamentdə çıxışında deyib. 
O qeyd edib ki, bu məsələnin sonunda media azadlığını görmür: “Digər qanunlarda tənzimlənən məsələlərin bura köçürülməsi də heç doğru hal deyil. Burada jurnalistikanın bürokratikləşdirilməsini görürəm. Axı jurnalist müstəqil peşədir. Layihədə təkrarlıqlar və uyğunsuzluqlar çoxdur. Cinayət Prosessual Məcəllədə deyilir ki, mediada yayılan məlumatlar cinayət işinin başlanmasına səbəb ola bilər. Amma burada deyilir ki, media həmin cinayəti yaymaq üçün müvafiq hüquq-mühafizə orqanından icazə almalıdır. Jurnalist eyni məlumatı vəkildən də ala bilər və yaya bilər. Yoxsa ancaq müstəntiqdənmi almalıdır? 
Bundan əlavə, bu qanunun keçid müddəasında yazılır ki, 1 yanvar 2022-ci ildə qüvvəyə minir. Bu əminlik hardandır ki, bu tarixdən sonra qanun qüvvəyə minəcək?”



Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu