Bütün xəbərlər
Gömrük əməkdaşları növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər
Tarix: 05-12-2021 00:49 | Bölmə: Sosial
image description

Dekabrın 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyasına Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları, eləcə də "Könüllü gömrükçü" dəstəsinin üzvləri növbəti dəfə qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmilərinin və əməkdaşlarının, eyni zamanda könüllülərin də qatıldığı kampaniya çərçivəsində Xocasən qəsəbəsində 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, "Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri bu gün Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi


image description
image description
image description
image description
image description
image description
image description




Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu