Bütün xəbərlər
BƏƏ Qızıl Yubiley qeyd edir
Tarix: 03-12-2021 00:02 | Bölmə: Sosial


Dekabr 2, 2021-ci il tarixdə BƏƏ dövlətinin təsis edilməsinin 50 illik yubileyi qeyd edilir. Qızıl Yubiley növbəti 50 il üçün milli strategiyanın başlanğıcının müjdəçisidir və davamlı inkişaf, millətin unikal rəqabətliliyinin gücləndirilməsi və qlobal açıq iqtisadiyyat erasına dəstək verir.
Əlli İlliyin Layihələri- bu layihələr rəqəmsal iqtisadiyyata, süni intellekt və dördüncü sənaye inqilabı kimi sektorlara investisiya qoyuluşuna stimul verir. Bu layihələr çərçivəsində Qızıl Viza, Yaşıl Viza kimi fürsətləri təqdim etmişdir.


Davamlı iqtisadi inkişaf naminə BƏƏ innovativ həllər də irəli sürmüşdür . BƏƏ hazırda dünyanın ən böyük 3 günəş stansiyasına sahibdir. Bərpaolunan enerjiyə 163 mlrd ABŞ dolları məbləğində sərmayə ilə 2050-ci ilə kimi sıfr emissiya strateji təşəbbüsü irəli sürmüşdür.
İnsan haqları sahəsində də BƏƏ proqressivdir. Yeni əmək qanunu qəbul edilmişdir ki, bu, özəl sektor işçilərinin qorunmasının genişlənməsi məqsədi güdür. Oktyabr ayında BƏƏ 2022-2024-cü illər üçün BMT İnsan Haqları Şurasına üzvlük qazandı.
2020 BMT İP Gender Bərabərliyi İndeksində BƏƏ Ərəb dünyasında birinci və dünya üzrə 18-ci yeri tutdu. Qadınlar Federal Milli Şuranın 50%ni təşkil edir. Kosmos sahəsində BƏƏ Mars missiyasında 34% qadınlardır.
BƏƏ beynəlxalq ictimaiyyətin üzvü kimi də fəal rolunu möhkəmlədir. BƏƏ "Birlikdə daha güclü" şüarı altında BMT TŞ-in üzvü seçilərək, dövrümüzün bəzi çətin məsələləri ilə bağlı konstruktiv tərəfdaş olacaq.
BƏƏ digər ölkələrlə ikitərəfli dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycan elə bir ölkədir ki, biz ümumi dəyərləri bölüşürük, əməkdaşlığın genişləndirilməsi üçün geniş iqtisadi potensiala malikik və bu, ölkələrimizin rəhbərliyinin güclü iradəsinə əsaslanır.
BƏƏ yeni nailiyyətlərə möhkəm inamla gələcəyə doğru irəliləyir.

Sabaha-inamla.az



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu