Bütün xəbərlər
Sumqayıtda Gənclər təşkilatları arasında “Xəmsə” Milli intellektual Oyunu keçirildi
Tarix: 02-12-2021 00:25 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 01 dekabr 2021- ci il tarixində Heydər Əliyev Mərkəzində mövcud pandemiya qaydalarına uyğun olaraq gənclər təşkilatları arasında 2021-ci il “Nizami Gəncəvi İli”nə həsr edilmiş “Xəmsə” Milli intellektual oyunu keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamından irəli gələn məsələlərin həlli, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırması, intellektual oyunlara marağın artırılması, sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
İki gün davam edən yarışda şəhərin müxtəlif sahələrini təmsil edən komandalar iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən I yeri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin “Aypara”, II yeri Sumqayıt Könüllü Cəmiyyətinin “SKC” , III yeri isə Gənc müəllimlər Şurasının “Gənc müəllimlər” komandası layiq görülmüşdür.
Qalib komandalar Baş İdarənin fəxri fərman,kubok, medal və hədiyyələri ilə təltif edilmişdir.

Sabaha-inamla.az





Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər