Bütün xəbərlər
Könül Nurullayeva: “Keşlə qəsəbəsində 250-dən çox ailənin yaşadığı ərazidə kanalizasiya xətləri yenidən qurulmalıdır”
Tarix: 30-11-2021 13:47 | Bölmə: Sosial


Bakı şəhəri Nizami rayon 24 saylı birinci seçki dairəsinin ərazisində məskunlaşan sakinləri uzun illərdir narahat edən problemlər var və bunların qısa müddətdə həlli vacibdir. Milli Məclisin deputatı Könül Nurullayeva açıqlamasında belə deyib. Bildirib ki, seçiciləri narahat edən, uzun illər ərzində obyektiv və subyektiv səbəblərdən həll edilməmiş bir sıra problemlərin həll edilməsi üçün maliyyə vəsaitlərinə ehtiyac var. Onlardan biri Nizami rayonu, Keşlə qəsəbəsi, 200-dən çox ailənin yaşadığı P.Fərzəliyev, 50-dən çox ailənin yaşadığı M.Ağayev küçələrinə  kanalizasiya xəttinin çəkilməsi, 120-dən çox ailənin yaşadığı A.Mirzəyev, T.Bədəlov, N.Abdullayev küçəsi 4, 15 saylı (Korlar sexi) küçələrində kanalizasiya xətlərinin yenidən qurulması üçün maliyyə vəsaitinin ayrılmasıdır. “Vətəndaşların çoxsaylı müraciətləri, eyni zamanda seçildiyim 2 ilə yaxın dövr ərzində keçirdiyim istər səyyar, istərsə də vətəndaş qəbulları zamanı Nizami rayonu, Keşlə qəsəbəsinin yuxarıda qeyd etdiyim ünvanlarda yaşayan sakinlərin əsas problemi, kanalizasiya xətlərinin olmaması və yaxud da mövcud yükü qəbul etməyəcək səviyyədə olmasıdır. Bu problemlər sakinləri çox ciddi narahat edir. Dəfələrlə aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət etməyimə baxmayaraq problemin maliyyə çatışmazlığı səbəbindən həll edilməsi yubanır.”
Deputat qeyd edib ki, şəhərin mərkəzində insanlar kanalizasiya sularını həyətlərdə qazılmış xüsusi çuxurlara axıdır ki, bu da öz növbəsində antisanitariya və s. bu kimi ekoloji problemlər yaradır. Problemin qısa vaxtda həll olunmasına ehtiyac var.

Sabaha-inamla.az



Baxış sayı: 682


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu