Bütün xəbərlər
Türkiyənin ticarət naziri “Dubay Ekspo 2020”də Azərbaycan pavilyonunda - Fotolar
Tarix: 24-11-2021 17:42 | Bölmə: Sosial

                   Türkiyənin ticarət naziri “Dubay Ekspo 2020”də Azərbaycan pavilyonunda


Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyəti “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda olub.
“Qafqazinfo” xəbər verir ki, 40-dan çox təmsilçinin daxil olduğu heyətə pavilyon haqqında məlumat verilib.
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir.
Türkiyənin ticarət naziri Mehmet Muşa Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan edilməsi münasibətilə dahi şairin 880 illiyinə həsr edilmiş xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, milli pavilyonumuz “Dubay Ekspo 2020”nin ən çox ziyarət olunan pavilyonları sırasındadır.










Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər