Bütün xəbərlər
Bakı Dövlət Universitetinin yeni yataqxanaları tikiləcək
Tarix: 24-11-2021 14:42 | Bölmə: Sosial

                   Bakı Dövlət Universitetinin yeni yataqxanaları tikiləcək


“Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. 
Universitetin yeni tikilən 225 nəfərlik yataqxanasının əsaslı şəkildə təmir olunduğunu deyən rektor qeyd edib ki, yataqxana tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub:
“BDU-nun əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”. 
Rektor, həmçinin qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur:
“Hazırda layihələr üzərində işləyirik. Düşünürük ki, burada tələbə şəhərciyi salınandan sonra nəinki öz universitetimizin tələbələrini, eyni zamanda yaxınlıqdakı digər universitetlərin də tələbələrini də təmin etmək imkanımız olacaq. Ən yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir”.


Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər