Bütün xəbərlər
Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi
Tarix: 24-11-2021 14:16 | Bölmə: Sosial

                     Tanınmış hərbi həkim 42 yaşında vəfat etdi


Azərbaycanda tanınmış hərbi həkim, beyin cərrahı Azər Əkbərov vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, 42 yaşlı həkimin onkoloji xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, A. Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O, həmin akademiyanı birinciliklə bitirib. Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.
Azər Əkbərov tibb xidmət mayoru olub. Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.


Baxış sayı: 218


Bölməyə aid digər xəbərlər