Bütün xəbərlər
Sumqayıtda "Sirlər Xəzinəsi" adlı bilik yarışı keçirildi
Tarix: 19-11-2021 00:08 | Bölmə: Sosial


17 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq Heydər Əliyev Mərkəzində 2021-ci il “Nizami Gəncəvi ili”-nə həsr olunmuş breyn-rinq formatında "Sirlər Xəzinəsi" adlı bilik yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamından irəli gələn məsələlərin həlli, Nizami irsinin, yaradıcılığının geniş təbliği, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarını səmərəli təşkil edilməsidir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən 16-25 yaşarası gənclərdən ibarət komandalar iştirak etmişdir.
Bilik yarışının yekun nəticəsinə əsasən I yeri Qızıl Aypara Cəmiyyətinin “Aypara”, II yeri Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin “Super Nova”, III yeri isə 11 və 41 nömrəli tam orta məktəblərin “Golden” və “Zəfər” komandaları tutmuşdur.
Qalib komandalar Baş İdarənin kubok, fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişdir.

Sabaha-inamla.az





Baxış sayı: 259


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu