Bütün xəbərlər
AMEA-nın birinci vitse-prezidenti o oldu
Tarix: 05-11-2021 23:19 | Bölmə: Sosial

                AMEA-nın birinci vitse-prezidenti o oldu


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda  akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi dəstəklənib.
Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katibi vəzifələrini yerinə yetirməsi qərara alınıb.
Qeyd edək ki, 72 yaşlı A.Həşimov AMEA Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasının rəhbəridir. O, bu ilin yanvarınadək AMEA Fizika İnstitutunun baş direktoru olub.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu