Bütün xəbərlər
Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu
Tarix: 05-11-2021 22:18 | Bölmə: Sosial

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu


General-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmri Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrda Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.
Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov da Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.






Baxış sayı: 622


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu