Bütün xəbərlər
“Xarıbülbül” tortunun istehsalına başlanılıb
Tarix: 29-10-2021 08:54 | Bölmə: Sosial

                 “Xarıbülbül” tortunun istehsalına başlanılıb


Cənubi Qafqazın və Azərbaycanın ən böyük şirniyyat satış şəbəkəsi olan “Xonça şirniyyat evi” müştərilərini sevindirməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı şanlı qələbənin şərəfinə təsis olunan Zəfər günü ərəfəsində “Xonça şirniyyat evi” “Xarıbülbül” tortunun istehsalına başlayıb.
Peşəkar mütəxəssislər tərəfindən özəl resept və texnologiya ilə hazırlanan, zərif dada malik “Xarıbülbül” tortu “Araz” Supermarketlər şəbəkəsinin 109 mağazasında müştərilərə təqdim olunacaq.
Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən “Xonça” Azərbaycan şirniyyat bazarında milli brendə çevrilə bilib. Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar daxildir. Bundan əlavə, Azərbaycan bazarında ilk dəfə qlütensiz və “Milföy” məhsullarının istehsal edilərək satışa çıxarılması “Xonça” fabrikinin adı ilə bağlıdır.
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan, məhsulları “Araz” Supermarketlər şəbəkəsində alıcılara təqdim edilən “Xonça” vətəndaşlarımıza yüksək keyfiyyətli xidmətdən qürur duyur!



Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu