Bütün xəbərlər
“Kişiylə qadını bərabərləşdirmək heç vaxt fayda verməyəcək” - Jalə Əliyeva
Tarix: 29-10-2021 08:40 | Bölmə: Sosial

                    “Kişiylə qadını bərabərləşdirmək heç vaxt fayda verməyəcək”


“Azərbaycan ailəsində hər bir zaman böyüyə hörmət olub. Kişinin kişi yeri, qadının qadın yeri olub. Bilirsiz, gözü bağlı şəkildə kişiylə qadını bərabərləşdirmək, süni şəkildə onları eyniləşdirmək heç vaxt fayda verməyib, verməyəcək də. Qadınla kişinin fiziologiyası da, gücü də, hətta beyinin quruluşu, çəkisi belə bir-birindən fərqlənir”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva İTV-də yayımlanan “3D” verilişində azərbaycanlı ailəsində kişi və qadın münasibətlərindən danışarkən deyib.
“İşləmək, oxumaq hüququ hər ikisinin eynidir. Amma elə məsələlər var ki, orada qadın qadın olmalıdır, kişi də kişi. Əks təqdirdə cəmiyyətin tarazlığı pozular. 
Həyatda heç kim heç nədən sığortalanmayıb. Kişi obrazının olmamağına baxmayaraq, hər iki obrazı özümdə birləşdirərək, həyatıma davam etmişəm”, - deyə 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı bildirib.



Baxış sayı: 651


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu