Bütün xəbərlər
Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - Fotolar
Tarix: 25-10-2021 18:04 | Bölmə: Sosial

                  Səfər Mehdiyev Detlef Şröderlə görüşdü


Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) icraçı direktoru Detlef Şröderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, görüşdə CEPOL tərəfindən həyata keçirilən və ölkəmizin də iştirak etdiyi TOPCOP (mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat tərəfdaşlığı) layihəsinin icrası, gələcək əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
S. Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan islahatlardan danışıb və bildirib ki, həyata keçirilən yeniliklərin, təbiq olunan innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Gömrük sisteminin modernləşdirilməsi istiqamətində əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Gömrüyü Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən Avropa Regionuna rəhbər seçilib və bu istiqamətdə iki il davam edən fəaliyyəti dövründə beynəlxalq  əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib.
S. Mehdiyev Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən gömrük orqanları əməkdaşları üçün də xüsusi tədrisin təşkil olunduğunu  vurğulayıb, eyni zamanda ÜGT –nin Potensialın Gücləndirilməsi üzrə  Avropa Regional Ofisinin Bakı şəhərində yerləşdiyini və burada da təlim və regional seminarların keçirilməsinin faydasından bəhs edib.
CEPOL-un icraçı direktoru Detlef Şröder səmimi görüşə görə təşəkkürünü bildirib, hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Detlef Şröder vurğulayıb ki, Azərbaycan gömrüyü ilə qurulan səmərəli əməkdaşlıq təmsil etdiyi qurum üçün xüsusi önəm daşıyır və hüquqpozmalara qarşı mübarizədə ümumi işə mühüm töhfə verəcək.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu