01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
«Azərbaycan»çılar- Aygül Bağırova
Tarix: 19-10-2021 21:13 | Bölmə: Sosial

Bu gün "Azərbaycan" qəzeti Azərbaycan jurnalistikasının şah əsəridir, Azərbaycan ictimaiyyətinin fikir mərkəzidir. Ölkədə gedən bütün proseslər onun səhifələrində öz əksini tapır və cəmiyyətdə rəğbətlə qarşılanır. Qəzetlər çoxdur, təbii ki, bu çoxluq hələ kəmiyyət göstərisi deyil.Mətbuat aləminə göz açdığı gündən üzərinə böyük bir missiya götürən "Azərbaycan” qəzeti hər şeydən öncə bu missiyanı adında ifadə edir.
"Azərbaycan" qazeti adi mətbu orqanlardan biri deyil.Qazet Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdıdır! "

Azərbaycan” qəzeti həm də obyektiv bir salnaməçi olub. Bizim müstəqilliyimizin salnaməçisi. Həm də müstəqilliyimizin atributlarından birinə çevrilib.Amma 1918 ci ildən fəaliyyətə başlasada Akademik İsa Həbibbəylinin çox sərrast olaraq göstərdiyi kimi: "Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti sözün həqiqi mənasında əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır”.

"Azərbaycan” yeganə qəzetdir ki, rəsmi dövlət statusu daşıyır. "Azərbaycan” yeganə qəzetdir ki, Milli Məclisin orqanıdır. Yəni yaradıcı kollektivin orqanı deyil, yaradıcı kollektivin yaratdığı qəzet deyil.Bu gün "Azərbaycan” qəzeti təkcə rəsmi dövlət qəzeti deyil, həm də Azərbaycanın elitar mətbu orqanıdır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan dağları üçün dediyi məşhur ifadəni iqtibas etsək, deyə bilərik ki, "Azərbaycan” qəzeti Azərbaycanın sanballı, ciddi, ağırtaxtalı media orqanıdır.
"Azərbaycan" keyfiyyətinə, minlərlə Azərbaycan ziyalısının zövqünü, maraq dairəsini tam mənada ödədiyinə görə baş qəzetlərdəndir. Bütün bunlarla yanaşı "Azərbaycan” qəzetində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən dövlət sənədləri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar dərc olunur ki, bu da müasir dövr tarixinin siyasi, sosial-iqtisadi, mədəniyyət, hərbi məsələlərin araşdırılmasında tədqiqatçılar üçün çox geniş imkanlar yaradır.Mən bu qəzetdə o qədər maraqlı, sanballı, oxunaqlı yazılarla üz-üzə gəlmişəm ki, onların sayı-hesabı yoxdur. Bu qəzetin daimi müəllifləri sırasında cox hörmətli millət vəkillərimizin imzalarını tez-tez görürəm və əlbəttə yazilarindan maariflənirəm.Çünki səhifələrində yer verilmiş məqalələrdə "Azərbaycan” deyən, bu ad, bu Vətən üçün canını qurban verməyə hazır olan böyük dövlət adamlarımızın ürəyi döyünür.
"Azərbaycan" bu mənada həm də maarifçi qəzetdir və Zərdabi ənənələrini davam etdirir.

Əlbəttə, hər bir qəzetin çalışan zəhmətkeş heyəti olur. Qəzetin bugünkü baş redaktoru, sələflərinin layiqli xələfi və onların işini yüksək səviyyədə davam etdirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur. Əsl təşkilatçılıq qabiliyyəti, yüksək seçim istedadı, məsuliyyət hissi və ən başlıcası jurnalist məharəti Bəxtiyar Sadıqovun simasında özünü əks etdirir. Təsadüfü deyil ki, Əməkdar Jurnalist Bəxtiyar Sadıqov çağdaş Azərbaycan mətbuatının görkəmli simalarından biri kimi tanınır. “Azərbaycan”ın səhifələrində dövrümüzün həqiqətləri öz geniş əksini tapır. Bu gün “Azərbaycan” qəzeti ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin dünyanın nüfuzlu ölkələri sırasına çıxardığı Azərbaycanın uğurlarının tərənnümçüsü, dövlətçilik və azərbaycançılıq ideologiyamızın yorulmaz təbliğatçısıdır. Dövlətimizin siyasətini dəstəkləyir və kütlələrə çatdırır. Bir sözlə, Bəxtiyar müəllim “Azərbaycan”ın üzərinə düşən tarixi missiyanı baş redaktor olaraq ləyaqət və şərəflə yerinə yetirir. O, bu müqəddəs işdə illərdir rəhbərlik etdiyi və uğurla formalaşdırdığı kollektivin gücünə və bacarığına arxalanır. Belə ki, bu gün qəzetdə Bəxtiyar müəllimlə çiyin-çiyinə təcrübəli qələm sahibləri və cavan jurnalistlər dəstəsi çalışır. Bu dəstə elə qəzetin özünün püxtələşdirdiyi yetirmələridir. "Azərbaycan"da çalışanlar məhz belə insanlardır. Qəzetin bu nailiyyətləri həm onun baş redaktorunun, həm də bütün əməkdaşlarının birgə əməyinin nəticəsidir.
Kollektivdə uzun illərdir ki öz qələm dəsti -xətti ilə daima secilən, hər zaman yaxından ünsüyyətdə olduğum insanın fəaliyyətini mütləq qeyd etməliyəm. Bu mənim qısa müddət ərzində illərin yaratdığı doğmalıqla "ustadim" dediyim, yaradıcılığımda mənə ən böyük dəstəyi verən gənc yazar kimi daima mənə dəyərli tövsiyələrini əsirgəməyən, hər məqaləmi öz məqaləsi kimi oxuyub, düzəlişlər üzərində düşünmələrimi tövsiyə edən: "Nəyin niyə düzəldildiyini dərk etdinsə, yaxşı yazar olacaqsan" deyən və bu gündə kitabımın redaktoru kimi gecə-gündüz dayanmadan əziyyət cəkən Məhəmməd Nərimanogludur.
Sadəlik və təvazökarlıq bu insana müyəssər olan ümdə xüsusiyyətlərdəndir. "Ustad" ın keçdiyi ömür yolunda qürur duyulmalı, fəxr edilməli məqamlar çoxdur.Məhəmməd müəllimə görə, bütün bunların daşıdığı dəyər odur ki, qələminə sarılaraq seçdiyi çətin peşəyə həmişə sadiq qalıb. Ona tapşırılan işə, etibar edilən vəzifəyə məsuliyyətlə yanaşıb, çalışdığı redaksiyaların, daha sonra isə qələmi ilə oxucularının, insani keyfiyyətləri ilə onu taniyan hər kəsin sevgi, rəğbətini qazanıb.
Mənim ilk dəfə " Azərbaycan" qazetində yazılarımın dərc edilməsi də, məhz Məhəmməd müəllimin köməkliyi ilə oldu.Rəsmi dövlət qazetində yazdığım ilk məqalə dərc ediləndə keçirdiyim hisslər düşür yadıma: qürur, könül xoşluğu, sabahlara dikilən baxışlar, qətiyyət. Mənə elə gəlir ki, bu hissi yaşayan hamı belə yaşayıb.Və bugün artıq mütamadi olaraq mənim ictimai siyasi fəaliyyətim "Azərbaycan", qəzetində öz əksini tapır, Ona görə də "Azərbaycan"in mənə göstərdiyi bu böyük qayğının, etimadın qarşısında ilk başda baş redaktor Əməkdar jurnalist, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bəyə, bütün yaradıcı heyətə və ən əsası "ustadım" Məhəmməd müəllimə dərin təşəkkürümü bildirirəm.
Qeydlərimi Ulu Öndərin aforizm səciyyəli bir fikri ilə bitirmək istərdim: "Azərbaycan” qəzeti respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirir”.
Ümummilli Liderin təsbit etdiyi bu şərəfli yolda 103 yaşlı "Azərbaycan” qəzetinin yaradıcı kollektivinə yeni-yeni uğurlar diləyir, fəaliyyətinin növbəti - akademik İsa Həbibbəylinin "XXI əsrin müstəqil dövlətçilik və inkişaf tribunası. İlham Əliyev dövrü” kimi müəyyən etdiyi müasir mərhələdə daha uca zirvələrə yüksəltməyi arzu edirik.
Aygül Bağırova,
YAP fəalı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" media mükafatı laureatı

Baxış sayı: 1 110
Bölməyə aid digər xəbərlər

Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi