Bütün xəbərlər
Sumqayıtda “Biznesin inkişaf yolu” mövzusunda təlim keçirildi
Tarix: 24-09-2021 23:35 | Bölmə: Sosial


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq iqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Biznesin inkişaf yolu” mövzusunda təlim keçirilib. Təlimdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər və könüllülər iştirak ediblər.
Təlimin məqsədi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, bu sahədə biliklərə yiyələnməsi, özünü motivasiya istiqamətində maarifləndirməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Təlimdə gənclər şəxsi bacarıqlarını artıraraq iş həyatında öz ideyalarını reallaşdırması üçün biznes planın tərtibi, komanda qurucluğu və işgüzar yanaşma mövzusunda diskusiyalar aparılmış, maraqlı qrup çalışmaları təşkil edilmiş, iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.
Sonda aktiv gənclərə hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

Sabaha-inamla.az









Baxış sayı: 299


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu