23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
142 nömrəli tam orta məktəbin I- IV sinifləri ilk dərs gününə başladı
Tarix: 23-09-2021 19:03 | Bölmə: Sosial


22 sentyabr 2021- ci il tarixdə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin I- IV sinifləri ilk dərs gününə başladı.Bu münasibətlə məktəbdə sanitar- gigiyena qaydaları gözlənilməklə ilk dərs günü tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva açdı.Azərbaycan Respublikasının Dövlət himni səsləndi.Tədbirdə çıxış edən məktəbin direktoru 2020- ci ilin artıq tarixə qovuşduğunu, lakin bu ilin siyasi baxımdan Azərbaycan xalqı üçün yaddaşlara həkk olunduğu bir il olduğunu qeyd etdi.Siyasi uğurlar diplomatik uğurların qazanılmasına səbəb oldu.Azərbaycanın güclü bir dövlət olduğu bütün dünyada təsdiqləndiyini qeyd edən G.Abdullayeva 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı uğurlardan danışdı. 2021/2022 - ci dərs ilinin ilk dərsinin " Qarabağ Azərbaycandır " mövzusuna həsr olunduğunu qeyd edən direktor, tədbir iştirakçılarına pandemiya dövründə sanitar- gigiyenik qaydalara ciddi əməl etməyi tövsiyyə etdi. İlk zəngi körpə fidanıar- birincilər çaldı. Bu zəng balacaları xoşbəxt gələcəyə, sağlam gələcəyə səslədi.
Sabaha-inamla.az















Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər